Yaponiyada partlayış zamanı 10 nəfər itkin düşüb, ölənlər var - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Yaponiyada partlayış zamanı 10 nəfər itkin düşüb, ölənlər var - YENİLƏNİB-2


Yaponiyanın Kumamoto prefekturasında zəlzələdən sonra "Aeon Mall" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində bir neçə nəfər ölüb, onların sayı dəqiqləşdirilir.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Həmçinin 10 nəfərin itkin düşdüyü bildirilir.

Yanğınsöndürənlərin məlumatına görə, çoxlu sayda insan binada köməksiz vəziyyətdə qalıb.

Yaponiyanın Kumamoto prefekturasının Kaşima şəhərində yerləşən "Aeon Mall" ticarət mərkəzində baş verən partlayışdan sonra ən azı 200 nəfər avtomobil dayanacağına təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Yerli yanğınsöndürənlərin məlumatına görə, partlayış nəticəsində bir neçə nəfər yaralanıb və xəstəxanaya çatdırılıb.

Bundan başqa, bir çox insan binanın daxilində köməksiz vəziyyətdə qalıb. Ticarət mərkəzindəki bəzi mağazaların sahibləri bir neçə əməkdaşın itkin düşdüyünü bildiriblər.

Yaponiyanın Kumamoto prefekturasının Kaşima şəhərindəki ticarət mərkəzində partlayış baş verib.

"Report" "Kyodo"ya istinadən xəbər verir ki, partlayış nəticəsində binanın ikinci mərtəbəsi qismən çöküb.

Yanğından mühafizə xidmətinin məlumatına görə, çoxlu sayda insan dağıntılar altında və zədələnmiş binanın içində qalıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, bu gün daha əvvəl Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 50-dən çox insan xəsarət alıb.

Oxşar xəbərlər

Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər