Vətəndaşdan etiraz: "Ay ərzində səkkiz dəfə təcili yardım gəlir"
Far.Az xəbər saytı

Vətəndaşdan etiraz: "Ay ərzində səkkiz dəfə təcili yardım gəlir"


Gəncə şəhər sakini Vüqar Məmmədov bildirir ki, 2004-cü ildə hərbi xidmət zamanı səhhətində ciddi problemlər yaranıb və buna görə ona II qrup əlillik təyin edilib.

Vətəndaş Baku TV-yə açıqlamasında əlillik dərəcəsinin sonradan aşağı salınmasından və bunun nəticəsində pensiyasının azalmasından narazı olduğunu bildirib.

V.Məmmədovun sözlərinə görə, hərbi hissədə müalicə aldıqdan sonra hospitala göndərilib, daha sonra isə tərxis olunub.

"Evə qayıtdıqdan sonra hospitalın sənədləri əsasında pensiyaya çıxdım və mənə II qrup əlillik təyin olundu. Həmin dərəcə ilə əvvəlcə iki il, sonra beş il, daha sonra isə üç il pensiya aldım. Sonradan isə əlillik dərəcəmi III qrupa endirdilər. İndi də hamı deyir ki, işləyim. Bu vəziyyətdə gedib harada işləyim?" - deyə o bildirib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov açıqlama verib.

Onun sözlərinə görə, 1986-cı il təvəllüdlü Vüqar Ağalar oğlu Məmmədovun əlilliyi həm elektron sistem üzərindən, həm də Agentliyin həkim-ekspertləri tərəfindən keçirilən əyani müayinə zamanı qiymətləndirilib.

Bildirilib ki, ona 1 mart 2025-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar orqanizm funksiyalarının 60 faiz pozulmasına görə bir il müddətinə əlillik təyin olunub.

Tural Qurbanov qeyd edib ki, əlillik müddəti başa çatdıqdan sonra tibb müəssisəsinin təqdim etdiyi yeni göndəriş əsasında Vüqar Məmmədov 25 may 2026-cı il tarixində yenidən əyani müayinədən keçirilib.

Müayinə nəticələri və təqdim olunan tibbi sənədlər əsasında ona qanunvericiliyin tələblərinə uyğun olaraq hərbi xidmət dövrü ilə əlaqədar orqanizm funksiyalarının 60 faiz pozulmasına görə yenidən əlillik təyin edilib və hazırda müvafiq sosial ödənişlərlə təmin olunduğu bildirilib.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bakıda insanlara qurulan "ölüm tələsi" - Vətəndaşları kimlər narazı salır?
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər