İspaniya Kralı Seutadakı miqrasiya böhranına reaksiya verib
Far.Az xəbər saytı

İspaniya Kralı Seutadakı miqrasiya böhranına reaksiya verib


İspaniya Kralı VI Filipp miqrantların kütləvi axını fonunda Seuta muxtar şəhərində yaranmış vəziyyətdən narahatlığını ifadə edib.

"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

O, miqrasiya böhranından narahat olduğunu bildirib və Seuta , Melilya muxtar şəhərlərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. VI Filippin sözlərinə görə, bu ərazilərin sakinlərinə İspaniyanın qalan hissəsinin dəstəyini nümayiş etdirəcək tədbirlər görmək lazımdır.

Xatırladaq ki, bir müddət əvvəl həm quru, həm də dəniz yollarından istifadə edərək Mərakeşdən olan 50 minə yaxın şəxs İspaniyanın Seuta anklavının ərazisinə keçib.

Miqrantların kütləvi axını İspaniya hakimiyyətini təhlükəsizliyin təmin edilməsinə silahlı qüvvələri cəlb etməyə məcbur edib. Bu fonda İtaliya İspaniyanın Şengen zonasında iştirakının dayandırılması imkanını nəzərdən keçirir.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər