Milibend Əraqçi ilə telefon danışığında Britaniyanın İranla müharibədə tərəf olmadığını bildirib
Far.Az xəbər saytı

Milibend Əraqçi ilə telefon danışığında Britaniyanın İranla müharibədə tərəf olmadığını bildirib


Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend iranlı həmkarı Abbas Əraqçiyə iyulun 31-də baş tutan telefon danışığında Birləşmiş Krallığın hazırkı müharibədə tərəf olmadığını bildirib.

"Far.Az" bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.

Agentlik XİN rəhbərlərinin telefon danışığının detallarını yayımlayıb. Məlumata görə, Əraqçi Milibendə Böyük Britaniya hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qrup kimi tanımaq qərarını qınadığını bildirib.

Britaniyanın XİN başçısı isə ölkəsinin yeni hökumətinin İrana və regiondakı müharibəyə yanaşmasını Əraqçiyə izah edib. "Biz İranla müharibənin bir hissəsi deyilik və məsələlərin həlli üçün diplomatiyaya inanırıq", - "Tasnim" Milibendin sözlərini sitat gətirib.

Məlumata görə, Milibend bölgədə gərginliyin azaldılması üçün İranla diplomatik qarşılıqlı fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib -YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər