Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Far.Az xəbər saytı

Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB


Qaxda iki minik avtomobilinin toqquşması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, qəza nəticəsində "Niva"da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb.

Həmin avtomobildə olan digər sərnişinlər 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev, eləcə də "Mercedes" in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, bir azyaşlının isə öldüyü bildirilir.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər