İbrahim Həsənov dünya çempionatının finalında
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatı sona yaxınlaşır.
BAKU.WS xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışın altıncı günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da mübarizəyə start verilib.
Tunar Həsənov (45 kq) bolqarıstanlı Radoslav Velikovu (4:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı Luka Dotiaşviliyə minimal fərqlə (4:5) məğlub olub.
Hüseyn Rzazadə (48 kq) ilk təsəlliverici görüşdə hindistanlı Amirali Faza (9:6) qalib gəlsə də, ikinci təsəlliverici qarşılaşmada amerikalı Kuper Coşua Deputiyə (1:12) məğlub olub.
İbrahim Həsənov (51 kq) debütdə gürcüstanlı Giorgi Narimanidzeyi (4:2) üstələyib. Güləşçimiz 1/4 finalda hindistanlı Qovind Qovində heç bir şans tanımayıb – 10:3. Həsənov yarımfinalda isə rusiyalı İslam Kuraxmayevə 10:6 hesabıyla qalib gəlib. İbrahim sabah finalda iranlı Benyamin Mayvanla qarşılaşacaq.
Elcan Həsənov (60 kq) startda polşalı Vitold Pavlikə, Tunar Quliyev (71 kq) isə qazaxıstanlı Adilet Rısbaya 2:3 hesabıyla məğlub olub. Elgün Kərimli (92 kq) isə hindistanlı Sakşam Fnuyla görüşdə sonuncu xal prinsipinə əsasən (5:5) xalçanı məyus tərk edib.
Qalereya
Oxşar xəbərlər
Güləş üzrə U17 dünya çempionatının açılış mərasimi keçirilib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"MasterCard" kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
-
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
-
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
-
"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
-
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib, üç nəfər həlak olub













