Süni intellekt bazarının çökməsi bütün ABŞ iqtisadiyyatına ciddi ziyan vura bilər
ABŞ-nin süni intellekt sahəsinə irimiqyaslı investisiyaları gözlənilən məhsuldarlıq artımına gətirib çıxarmasa, Amerika iqtisadiyyatına ciddi ziyan vura bilər.
"Far.Az" "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, Birləşmiş Ştatlar süni intellekt texnologiyalarının inkişafına yönəldilən vəsaitlərin həcminə görə yüksək risk zonasına yaxınlaşır.
Nəşrin məlumatına görə, növbəti dörd il ərzində data mərkəzlərinin tikintisinə təxminən 7 trilyon dollar yönəltmək planlaşdırılır. Əgər bu yatırımlar iqtisadiyyatın səmərəliliyinin artması ilə özünü doğrultmasa, onlar ölkənin maliyyə sisteminə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər.
WSJ həmçinin qeyd edib ki, süni intellekt sahəsinin borc maliyyələşdirməsindən artan asılılığı əlavə risk faktoruna çevrilir. Maliyyə köpüyü (hər hansı aktivin qiymətinin onun real və fundamental dəyərini həddindən artıq üstələdiyi iqtisadi vəziyyət - red.) formalaşacağı təqdirdə, fəsadlar təkcə texnologiya sektoruna deyil, həm də bütün maliyyə sisteminə təsir edə bilər.
Qəzet vurğulayıb ki, hələlik süni intellekt ilə əlaqəli şirkətlərin səhmlərinin dəyərinin azalması digər sektorlarda kotirovkaların artması ilə kompensasiya edilir. Lakin gələcəkdə irimiqyaslı çöküş bütün fond bazarına yayıla bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
-
İranlı general: Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq
-
Seutada miqrasiya böhranının fəsadlarının aradan qaldırılmasına başlanılıb
-
Konqoda Ebola sürətlə yayılır: Yoluxanların yarıdan çoxu ölüb
-
İbrahim Həsənov dünya çempionatının finalında
-
Peruda təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub













