Vladimir vilayətində "Wildberries" anbarına PUA hücumu zamanı üç nəfər yaralanıb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Vladimir vilayətində "Wildberries" anbarına PUA hücumu zamanı üç nəfər yaralanıb - YENİLƏNİB-2


Rusiyanın Vladimir vilayətinin Sobinka dairəsindəki "Wildberries"in anbarına PUA hücumu nəticəsində xəsarət alanların sayı üçə çatıb.

"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Avdeyev məlumat verib.

"Yaralılardan birinə Sobinka rayon xəstəxanasında tibbi yardım göstərilib", - o qeyd edib.

Məlumata görə, daha əvvəl başından yaralanmış anbar əməkdaşı xəstəxanaya aparılmışdı. Bundan əlavə, yaxınlıqdakı yaşayış məntəqəsinin sakini ayağından xəsarət alıb, onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Rusiyanın Vladimir vilayətinin Sobinka dairəsindəki anbarda yanğın olub, logistika obyektinin əməkdaşları təxliyə edilib.

"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev məlumat verib.

"Anbar kompleksinə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə hücum edilib. Dağıntılar, yanğın var", - o bildirib.

RWB şirkəti obyektin "Wildberries" marketpleysinə aid olduğunu təsdiqləyib.

"Şirkətin Vladimir vilayətindəki logistika obyektində yanğın baş verib. İnsanlar təxliyə edilib. İlkin məlumata görə, xəsarət alan yoxdur", - mətbuat xidmətindən bildirilib.

Oxşar xəbərlər

Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər