"Barbie 2"nin çəkilişləri dayandırıldı - Ulduzlar maaşla razılaşmır
"Barbie 2" filminin istehsalı əsas yaradıcı heyətlə aparılan maliyyə danışıqlarının nəticəsiz qalması səbəbindən müvəqqəti dayandırılıb.
Far.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, "Warner Bros." studiyası baş rolların ifaçıları Marqo Robbi və Rayan Qoslinq, eləcə də rejissor Qreta Qerviq ilə yeni müqavilələr üzrə razılıq əldə edə bilmir. Mübahisəyə səbəb aktyor və rejissorun daha yüksək qonorar, həmçinin filmin gəlirlərindən faiz payı tələb etməsidir.
Bildirilir ki, Rayan Qoslinq Ken obrazını yenidən canlandırmaq üçün 20 milyon dollar qonorar istəyir. Danışıqları çətinləşdirən digər məqam isə aktyorlarla ilk film çəkilərkən davam filmi üçün ayrıca müqavilələrin imzalanmaması olub. Məlumata əsasən, "Warner Bros. Discovery"nin baş direktoru Devid Zaslav təqdim olunan şərtləri "həddindən artıq səxavətli" hesab edib.
Bundan başqa, studiya vaxt məhdudiyyəti ilə də üz-üzədir. Əgər layihə 2026-cı ilin dekabr ayına qədər istehsal mərhələsinə keçməzsə, "Barbie" filminin ekranlaşdırma hüquqları yenidən Mattel şirkətinə qaytarılacaq.
Qeyd olunur ki, rejissor Qreta Qerviq və ssenarist Noa Baumbax artıq filmin süjet konsepsiyasını hazırlayıblar. Lakin onlar müqavilələr imzalanmayana qədər ssenarinin yazılmasına başlamayacaqlar.
Oxşar xəbərlər
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Bakıda yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıldı
Bakıda avtomobil şinləri satılan anbarın fəaliyyəti dayandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb
-
Senator Kelli Trampın İranla bağlı siyasətini tənqid edib













