Kürşad Zorlu: Türk dünyasının liderləri TDT-nin sammiti və COP31-də iştirak edəcəklər
Türk Dövlətləri Təşkilatının (TDT) sammiti və COP31 çərçivəsində keçiriləcək tədbirlərdə Türk dünyası dövlət başçılarının iştirakı nəzərdə tutulur.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK) sədr müavini Kürşad Zorlu "Far.Az"un Türkiyə bürosuna açıqlamasında deyib.
Onun sözlərinə görə, Türk dünyasını maraqlandıran çoxsaylı yeni qərarlar və mühüm təşəbbüslər sammit çərçivəsində birgə qəbul ediləcək və həyata keçiriləcək.
"Sammitin Türkiyə Cümhuriyyətinin 29 Oktyabr – Respublika Günü ilə eyni vaxta təsadüf etməsi də türk milləti üçün bu tədbirə xüsusi tarixi və mənəvi əhəmiyyət qazandırır", – deyə K.Zorlu bildirib.
Partiya rəsmisi qeyd edib ki, hazırkı planlaşdırmaya əsasən, sammitdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçıları iştirak edəcəklər.
"Ondan dərhal sonra – noyabrın 9-da COP31 Zirvə Toplantısı keçiriləcək. Həmin tədbirdə də dünyanın müxtəlif ölkələrindən çoxsaylı dövlət və hökumət başçılarının iştirakı gözlənilir. Hər iki zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı nəzərdə tutulur", – o vurğulayıb.
Qeyd edək ki, bu gün Ankara İnkişaf Agentliyində Ankaranın 2026-cı il Türk Dünyasının Turizm Paytaxtı elan olunması münasibətilə həyata keçiriləcək tədbirlər üzrə Texniki Dəstək Proqramı çərçivəsində layihələrin dəstəklənməsinə dair protokolların imzalanması mərasimi keçirilib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb
-
Tramp ABŞ qoşunlarının regiondan çıxarılması xəbərlərini şərh etməkdən yayınıb
-
Senator Kelli Trampın İranla bağlı siyasətini tənqid edib
-
Britaniya 2027-ci il seçkilərindən sonra Fransanın siyasi kursunun dəyişməsindən ehtiyat edir
-
Anomal istilərə görə Almaniyada suya sərt qənaət tədbirləri görülür













