Efiopiyada torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Far.Az xəbər saytı

Efiopiyada torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb


Efiopiyanın şimalındakı Amhara regionunda torpaq sürüşməsi nəticəsində azı 14 nəfər həlak olub, yeddi nəfər ağır yaralanıb.

"Far.Az" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə bazar ertəsi Müqəddəs Məryəmin Tsadkane Debre Mitmak monastırı yaxınlığında qeydə alınıb.

Fəlakətin səbəbi dağ süxurlarının uçmasına gətirib çıxaran şiddətli yağışlar olub. Həmin vaxt müqəddəs su ilə yuyunma ayinini icra etmək üçün monastırın yaxınlığına yüzlərlə dindar toplaşıb.

Zərərçəkənlər Debre-Birhan şəhərinin xəstəxanalarına çatdırılıblar. Dağıntılar altında qalanlar var və bununla əlaqədar olaraq axtarış-xilasetmə işləri davam etdirilir.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Efiopiyanın Baş naziri "ASAN xidmət"də olub
Minlərlə insan üçün nostalji məkan: "Qağayı" düşərgəsindən geriyə qalanlar - FOTOREPORTAJ
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Qubada torpaq sürüşməsi baş verən kəndə ərzaq yardımı göndərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər