ISNA: Pezeşkianın istefası ilə bağlı iddialar yalandır
Far.Az xəbər saytı

ISNA: Pezeşkianın istefası ilə bağlı iddialar yalandır


İran "Hizbullah"ının baş katibi və ali rəhbər Müctəba Xameneinin qohumu olan Seyid Məhəmmədbağır Xərrazi ölkə Prezidenti Məsud Pezeşkianın indiyədək 28 dəfə istəfa verdiyini, yaxud vəzifədən getməklə hədələdiyini iddia edib.

"Far.Az" xəbər verir ki, ISNA bununla bağlı araşdırma aparıb və Pezeşkianın belə bir iddianı təkzib etdiyini xatırladıb.

Belə ki, prezidentin istefası ilə bağlı iddialar yalandır:

"Görünən odur ki, bəziləri tərəfindən virtual məkanda prezidentin istefası ilə bağlı iddiaların dəfələrlə irəli sürülməsinin ictimai etimadı zədələməkdən və ictimai fikrə ziyan vurmaqdan başqa heç bir məqsədi yoxdur".

Xatırladaq ki, İran Radio və Televiziya Şirkəti iyulun 25-də Pezeşkianın çıxışını kəsib və buna görə hökumətdən xəbərdarlıq alıb.

Qeyd edək ki, İran Radio və Televiziya Şirkəti (IRIB) ölkənin ali rəhbəri Müctəba Xameneiyə tabedir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər