Kubada leysan səbəbindən elektrik təchizatının bərpası çətinləşib
Far.Az xəbər saytı

Kubada leysan səbəbindən elektrik təchizatının bərpası çətinləşib


Çoxsaatlıq leysan genişmiqyaslı işıq kəsilməsindən sonra Kubada elektrik enerjisinin verilişinin bərpasını çətinləşdirib.

"Far.Az" Kuba Dövlət Energetika Şirkətinin (UNE) bəyanatına istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən şəbəkənin işində yeni nasazlıqlar yaranıb və bu da ona qoşulmuş generasiya güclərinə təsir göstərib.

UNE-dən qeyd edilib ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

Xatırladaq ki, ötən gün Kubada yenidən enerji sisteminin tamamilə kəsilməsi baş verib. Son aylar ölkə neft tədarükünün çatışmazlığı və iqtisadi böhran fonunda energetika sahəsində ciddi problemlərlə üzləşir. İyul ayında adada 10 gündən az müddətdə üç genişmiqyaslı elektrik kəsilməsi baş verib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər