"Telegram" messenceri "App Store"da bərpa olunub - YENİLƏNİB
"Telegram" messenceri yenidən "Apple" şirkətinin "App Store" tətbiqlər mağazasında əlçatandır.
"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, "Telegram" tətbiqin əvvəllər bütün dünyadakı istifadəçilər üçün "App Store"dan yoxa çıxmasından sonra bərpa olunduğunu bildirib.
"Telegram" "App Store"da bərpa edilib və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq", - şirkətin məlumatında qeyd olunub.
"Apple" və "Telegram" tətbiqin müvəqqəti silinməsinin səbəblərini açıqlamayıb. "iPhone" cihazlarında əvvəlcədən quraşdırılmış messencerdən istifadə mümkün idi.
"Apple" şirkəti səbəbini rəsmi şəkildə izah etmədən bütün dünyada "Telegram" messencerini "App Store"dan silib.
"Far.Az" xəbər verir ki, avqustun 4-nə olan məlumata görə, tətbiq heç bir regionun axtarış nəticələrində görünmür və birbaşa keçidlər xəta verir.
İstifadəçilərin cihazlarında əvvəllər quraşdırılmış messencer versiyaları işləməyə davam edir, lakin "App Store" vasitəsilə yeni yükləmələr və yenilənmələr əlçatmaz olub. Nə "Apple", nə də "Telegram" rəhbərliyi hələlik rəsmi açıqlama ilə çıxış etməyib.
Analoji hadisə 2018-ci ildə, "Apple" kontentin moderasiyası ilə bağlı iradlara görə "Telegram"ı müvəqqəti bloklayanda da baş verib, amma sonradan tətbiq mağazaya qaytarılıb. 2024-cü ilin aprelində messencer yerli hakimiyyət orqanlarının tələbi ilə "App Store"un Çin seqmentindən də silinib, lakin hazırkı qlobal dayandırılma əvvəlcədən heç bir xəbərdarlıq edilmədən qeydə alınıb. Bu xəbərlər fonunda "Telegram"la əlaqəli kriptovalyuta aktivləri dəyərdən düşüb.
Pavel Durov tərəfindən əsası qoyulan "Telegram" bir milyarddan çox istifadəçisi olan dünyanın ən böyük messencerlərindən biridir.
Oxşar xəbərlər
Topdansatış mağazasında alkoqollu içkilərdə uyğunsuzluq aşkarlanıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrailin müdafiə naziri İrana sərt xəbərdarlıq edib
-
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Xankəndidə 128 metrlik müasir teleqüllə inşa olunur
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU













