Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb
Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,14 ABŞ dolları və ya 5,04 % azalaraq 96,73 ABŞ dolları təşkil edib.
Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 91,43 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,71 ABŞ dolları və ya 4,79 % azalaraq 93,54 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb
Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor
-
Xırdalanda ər və arvad arasında insident olub, kişi ölüb













