Tural Əsgərov: "Nəriman Axundzadənin "Ərzurumspor"la müqaviləsinin şərtləri hələ razılaşdırılmayıb"
ABŞ-nin "Kolambus Kryu" klubundan Türkiyənin Superliqa təmsilçisi "Ərzurumspor"a transferi gündəmdə olan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin şəxsi müqaviləsinin şərtləri hələ razılaşdırılmayıb.
Bunu "Far.Az"a açıqlamasında 22 yaşlı futbolçunun meneceri Tural Əsgərov deyib.
O, milli üzvünün transferi ilə bağlı iki klub arasında danışıqların müsbət tamamlandığını, lakin futbolçunun şəxsi müqaviləsinin şərtlərinin hələ razılaşdırılmadığını bildirib:
"Tərəflər Nəriman Axundzadənin transferi ilə bağlı xəbəri paylaşmaqda bir qədər tələsiblər. Təbii ki, bu keçid müzakirə mövzusudur və klublar arasında razılıq əldə olunub. Amma Nəriman Axundzadənin şəxsi müqaviləsinin şərtləri ilə bağlı hələ yekun razılıq yoxdur".
Qeyd edək ki, "Ərzurumspor" Nəriman Axundzadəni sonradan birdəfəlik transfer etmək şərti ilə 1 illik icarəyə götürmək istəyir. Futbolçu "Kolambus Kryu" klubuna bu ilin fevralında "Qarabağ"dan keçib. ABŞ təmsilçisi onunla 3,5 illik müqavilə bağlayıb.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
-
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
-
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
-
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir













