Ukrayna antikorrupsiya orqanları Olqa Stefanişinaya qarşı yeni ittihamlar irəli sürüblər
Far.Az xəbər saytı

Ukrayna antikorrupsiya orqanları Olqa Stefanişinaya qarşı yeni ittihamlar irəli sürüblər


Ukraynanın antikorrupsiya orqanları keçmiş baş nazir müavini və Ukraynanın ABŞ-dəkı sabiq səfiri Olqa Stefanişinaya qarşı iddialar irəli sürüb.

"Far.Az" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" mənbələrə istinadən məlumat yayıb.

Sabiq diplomata qarşı iddianı Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu irəli sürür.

Qeyd olunub ki, hazırda Ali Antikorrupsiya Məhkəməsi onun barəsində qətimkan tədbiri seçir.

Nəşr xatırladıb ki, Olqa Stefanişinanın adı dəfələrlə jurnalist araşdırmalarında hallanıb. 2019-cu ildə Yelena Lukaşın rəhbərliyi altında Ədliyyə Nazirliyindəki fəaliyyəti ilə bağlı olan qondarma "Lukaş işi" üzrə şübhəli bilindiyi ona bildirilmişdi.

İstintaqın versiyasına görə, söhbət Ukrayna qanunvericiliyinin araşdırılması üzrə tenderin keçirilməsi zamanı dövlət vəsaitlərinin mümkün israfından gedirdi. Bu iş üzrə məhkəmə prosesi davam edir.

Qeyd edək ki, avqustun 3-də Prezident Volodimir Zelenski Stefanişinanı Ukraynanın ABŞ-dəkı səfiri vəzifəsindən azad edib. Bununla yanaşı o, istefa qərarını özü qəbul etdiyini bildirərək, Vaşinqtona gəldiyi əsas vəzifələrin artıq yerinə yetirildiyini qeyd edib.

Oxşar xəbərlər

1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər