Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək - TARİX AÇIQLANDI
Far.Az xəbər saytı

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək - TARİX AÇIQLANDI


Dövlət İmtahan Mərkəzi (DİM) 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək.

BAKU.WS xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Naxçıvan şəhəri 4 saylı orta məktəbdə elektron formada təşkil olunacaq.

İmtahan iki növbədə keçirilir. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə saat 15:00-da başlanır. İmtahan müddəti 2 saat 30 dəqiqədir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də və 14:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar buraxılış vərəqəsini buradan çap edə bilərlər. "İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Namizədlər imtahan qaydaları ilə "Yaddaş kitabçası"nda tanış ola bilərlər. Elektron imtahan sisteminə aid təlimatla isə buradan tanış olmaq mümkündür.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 996 namizəd qeydiyyatdan keçib. Onlardan 360 nəfəri oğlan, 636 nəfəri qızdır. 831 namizəd Azərbaycan bölməsinin, 165 namizəd rus bölməsinin, 426 namizəd cari ilin, 570 namizəd isə əvvəlki illərin məzunudur. 3 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 957, Naxçıvan şəhərində isə 39 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 12 zal administratoru, 67 zal nəzarətçisi, 11 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Qeyd edək ki, bu mərhələdə iştirak edəcək 996 nəfərdən 314 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 682 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər