Hikmət Hacıyev: Azərbaycan Ermənistanla sülh prosesini əməli addımlarla sübut edib
Far.Az xəbər saytı

Hikmət Hacıyev: Azərbaycan Ermənistanla sülh prosesini əməli addımlarla sübut edib


Ermənistan-Azərbaycan sülh prosesi yalnız kağız üzərində yazılmış bəyanatdan ibarət deyil. Azərbaycan bunu əməli addımları ilə də sübut edib.

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Milliyət" qəzetinin əməkdaşı ilə söhbətində deyib.

Hikmət Hacıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı soyqırımı törətməsinə baxmayaraq, Azərbaycan niyyətinin yalnız sülh olduğunu nümayiş etdirib:

"Cənubi Qafqazda hazırda sülh hökm sürür. Əgər Ermənistan-Azərbaycan müharibəsi davam etsəydi, qonşularımızda baş verən bu münaqişələrin qığılcımları regionumuza da sıçraya bilərdi".

Prezidentin köməkçisi Ermənistanın hazırkı hakimiyyətinin "real Ermənistan" konsepsiyasını əsas yanaşma kimi qəbul etməsini müsbət qiymətləndirdiklərini vurğulayıb:

"Ermənistan tərəfinin də yeni geosiyasi reallığı qəbul edərək siyasətini bu istiqamətdə formalaşdırdığının fərqindəyik. Onlar da reallıqları qəbul edərək anlayıblar ki, işğal siyasəti əslində uzun illər ərzində özlərini əsir vəziyyətində saxlayıb və bunun yanlış yol olduğunu dərk ediblər. Ermənistan öz inkişafı üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin nə dərəcədə vacib olduğunu artıq qəbul edir".

O, Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunub:

"Bizim fikrimizcə, bu artıq yeni geosiyasi reallığın ayrılmaz hissəsidir. Sözügedən layihə yalnız Azərbaycanın deyil, Ermənistanın da maraqlarına cavab verir. Çünki Ermənistan da anlayır ki, regionda tranzit imkanlarına malik olması onun öz inkişafı baxımından mühüm əhəmiyyət daşıyır".

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər