Hakan Fidan: İsrailin sülh niyyəti və planı yoxdur
Far.Az xəbər saytı

Hakan Fidan: İsrailin sülh niyyəti və planı yoxdur


İsrailin genişlənmə siyasətinə qarşı diplomatik tədbirlər görülməsə, böhran qloballaşacaq.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın paytaxtı Əmman şəhərində Qüds üzrə Nazirlər Toplantısında sonra "TRT Arabi"yə müsahibəsində deyib.

H. Fidanın fikrincə, beynəlxalq ictimaiyyət böyük bir sınaqdan keçir: "İsrailin sülhlə bağlı bir niyyəti və planı yoxdur".

Onun sözlərinə görə, Fars körfəzində davam edən müharibə, Hörmüz boğazının bağlanmasından qaynaqlanan regional və qlobal problem Türkiyənin diqqətini Fələstin məsələsindən, Məscidül-Əqsadan, Qəzzadan, İordan çayının Qərb sahilindən ayırmayıb. "İsrailə qarşı kollektiv tədbirlərin görülməsi müzakirə predmetidir", - Fidan qabardıb.

H. Fidanın sözlərinə görə, İslam dünyasının aparıcı ölkələri bu mövzuda narahat qalıb: "Həmrəylik mesajı verdik. Bilirsiniz ki, İordaniya tarixi olaraq Qüdsdəki müqəddəs yerlərin hamisidir; hüquqi baxımdan da o rolu öz üzərinə götürür.

Biz Türkiyə olaraq Məscidül-Əqsanı öz müqəddəs yerlərimizdən biri olaraq görürük. Buraya qarşı ediləcək hər cür təcavüz bizim millətimizin dəyərlərinə edilmiş qəbul olunur".

Türkiyənin XİN rəhbəri bildirib ki, qarşıdakı günlərdə bununla bağlı addımlar atılacaq. "Digər tərəfdən xüsusilə regionda davam edən gərginliyin, Hörmüz boğazından qaynaqlanan problemlərin və yayılma riski olan müharibə vəziyyətinin necə idarə olunması, həlli mövzusunda da çox dəyərli fikirlər irəli sürülüb", - o vurğulayıb.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər