"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etmək istəyir
İspaniyanın "Barselona" klubu İngiltərənin "Mançester Siti" komandasının yarımmüdafiəçisi Rodrini transfer etmək niyyətindədir.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 30 yaşlı ispaniyalı futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparıb.
"Barselona"nın Rodriyə marağı Frenki de Yonqun zədələnməsi və uzun müddətə sıradan çıxması ilə bağlıdır. Keçidi reallaşdırmaq üçün Kataloniya klubu heyətdə yer açmalı və maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir və ya bir neçə futbolçusunu satmalıdır.
Daha əvvəl Madrid "Real"ının da Rodrinin transferi ilə bağlı danışıqlar apardığı bildirilirdi.
Qeyd edək ki, 2019-cu ilin yayından "Mançester Siti"də çıxış edən Rodri bu komandada keçirdiyi 298 matçda 28 qol vurub və 32 məhsuldar ötürmə müəllifi olub. O, İspaniya yığmasının qalib gəldiyi DÇ-2026-nın ən yaxşı futbolçusu seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu
-
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
-
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb
-
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi
-
Rafinya Messinin uğurunu təkrarlayıb













