AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə edib
Far.Az xəbər saytı

AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə edib


AFFA rəsmiləri, Azərbaycan Premyer Liqasında çıxış edən klubların rəhbərləri və maliyyə menecerlərinin iştirakı ilə görüş keçirilib.

Bu barədə "Far.Az"a AFFA-dan bildirilib.

Görüş zamanı 2026/2027 mövsümünə hazırlıq prosesi, eləcə də klublara ayrılan qrant vəsaitlərinin istifadəsi ilə bağlı məsələlər müzakirə olunub. AFFA nümayəndələri tərəfindən yeni mövsüm üzrə qrant müqaviləsi çərçivəsində uşaq və yeniyetmə futbolunun inkişafı məqsədilə ayrılan maliyyə vəsaitlərinin istifadə qaydaları, xərc istiqamətləri, həmçinin maliyyə hesabatlılığı ilə bağlı tələblər klub nümayəndələrinin diqqətinə çatdırılıb.

Bununla yanaşı, qrant vəsaitlərinin daha səmərəli və məqsədyönlü istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb, klub nümayəndələrinin təklif və rəyləri dinlənilib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər