Argentinada Konqresin qarşısında keçirilən etiraz aksiyasında beş nəfər xəsarət alıb
Argentinanın paytaxtı Buenos-Ayresdə nümayişçilərlə polis arasında toqquşmalar baş verən etiraz aksiyası zamanı azı beş nəfər xəsarət alıb.
"Report"un "La Nacion"a istinadən məlumatına görə, azı 10 etirazçı saxlanılıb.
Minlərlə insan "Şəxsi mülkiyyətin toxunulmazlığı haqqında" qanun layihəsini müzakirə etmək üçün Konqresin qarşısında etiraz aksiyası keçirib. Etiraz aksiyası başladıqdan bir neçə saat sonra etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.
Nəşrin məlumatına görə, etirazçılar polisə daş və butulkalar atıblar. Polis kütləni dağıtmaq üçün gözyaşartıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib.
Hüquq-mühafizə orqanlarının azı üç əməkdaşı başından xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Rezin güllələrin dəydiyi iki jurnalist də yaralanıb.
Narazılığa əcnəbilərə torpaq satışı qaydalarını dəyişdirəcək qanun layihəsi səbəb olub. Ən mübahisəli bənd xarici vətəndaşların torpaq mülkiyyətinin icazə verilən faizini 15 %-dən 25 %-ə qədər artıran maddə olub.
Senat sənədi nəzərdən keçirməzdən əvvəl hakimiyyət mübahisəli müddəanı ləğv edib, lakin etirazlar davam edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə gizli əməliyyat qrupu yaradıb
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
-
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirib
-
Ölkəmizdə kasıb ailələrdə uşaq sayı daha çoxdur - MARAQLI STATİSTİKA
-
Pensiyalar bu tarixdə veriləcək
-
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib













