Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
ABŞ danışıqlar bəhanəsi ilə İrana qarşı genişmiqyaslı hücum hazırlayır.
"Report" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.
"Genişmiqyaslı hücum yaxınlaşır, gözləyin, yox, heç nə, onlar danışıqlar aparmaq istəyirlər. Bu, təkrarlanan teatral diplomatiyadır", - Qalibaf bildirib.
Onun sözlərinə görə, İran ABŞ-nin hədələrindən qorxmur: "Hədə-qorxu + yerinə yetirilməmiş vədlər + saxta xəbərlərdən rıçaq kimi istifadə edilməsi - iflasa uğramış strategiyadır.
Faktları qəbul edin və öhdəliklərinizi yerinə yetirin. Bizə daha teatr lazım deyil".
Xatırladaq ki, İranla Oman arasında Hörmüz boğazında gəmiçiliyə dair sazişin imzalanması gözlənilir. Tehrandan bildirilib ki, yeni tədbirlər planında ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçidi qadağan olunacaq.
"Reuters"də yayılan məqalədə isə bildirilib ki, İran və Oman tərəfindən təklif edilən və Hörmüz boğazında gəmiçiliyə Tehranın nəzarətinin gücləndirilməsini nəzərdə tutan plan ABŞ sanksiyaları və sığorta sahəsindəki məhdudiyyətlər səbəbindən praktiki olaraq icraedilməzdir.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə gizli əməliyyat qrupu yaradıb
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
-
NBC News: ABŞ-ın Yəmənə zərbələri nəticəsində yüzlərlə dinc sakin həlak olub
-
Tramp: İranla razılaşma əldə etməyə üstünlük verərdim
-
Ölkəmizdə kasıb ailələrdə uşaq sayı daha çoxdur - MARAQLI STATİSTİKA
-
CNN: Kommersiya gəmilərinin Hörmüz boğazı vasitəsilə hərəkəti bərpa olunub













