Ölkəmizdə kasıb ailələrdə uşaq sayı daha çoxdur - MARAQLI STATİSTİKA
Far.Az xəbər saytı

Ölkəmizdə kasıb ailələrdə uşaq sayı daha çoxdur - MARAQLI STATİSTİKA


Azərbaycanda istehlak xərcləri ən aşağı olan ailələrdə ailə üzvlərinin sayı daha çoxdur.

Far.Az Modern.az-a istinadən xəbər verir ki, istehlak xərclərinə görə ən aşağı - birinci kvintilə daxil olan ev təsərrüfatlarında orta ailə ölçüsü 4.6 nəfər təşkil edir.

İkinci kvintildə bu göstərici 4.5 nəfər, üçüncü kvintildə 4.2 nəfər, dördüncü kvintildə 3.6 nəfər, ən yüksək istehlak xərclərinə malik beşinci kvintildə isə 2.9 nəfər olub.

Statistika şəhər və kənd yerlərində də oxşar mənzərəni göstərir. Şəhərlərdə ən aşağı istehlak qrupunda ailələrin orta ölçüsü 4.5 nəfər, ən yüksək qrupda 2.7 nəfər, kənd yerlərində isə müvafiq olaraq 4.9 və 3 nəfər təşkil edib.

Oxşar xəbərlər

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər