Tərtərdəki qətlin DƏHŞƏTLİ TƏFƏRRÜATI: Ər-arvad il mərasiminin badına getdi
Far.Az xəbər saytı

Tərtərdəki qətlin DƏHŞƏTLİ TƏFƏRRÜATI: Ər-arvad il mərasiminin badına getdi


Tərtər rayonunda ər və arvadı öldürüb, mənzillərini qarət etdikdən sonra yandırmaqda təqsirləndirilən rayon sakini Vüqar Baxşəliyevin qətli törətməsinin təfərrüatı məlum olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, V.Baxşəliyev bundan əvvəl də oğurluğa görə həbs edilib və 4 il cəza çəkib. O, rayon xəstəxanasının Ramiz adlı həkiminin mənzilini qarət etməkdə təqsirləndirilib. Həmin vaxt V.Baxşəliyev evdən 10 min manatdan artıq pul oğurlayıb.

Cəzasını çəkib qayıdandan sonra V.Baxşəliyevin atası dünyasını dəyişib. Avqustun 10-da V.Baxşəliyevin atası Mehmanın il mərasimi keçiriləcəkmiş. V.Baxşəliyev atasına il mərasimi vermək üçün pul axtarıb. O, bir neçə gün öncə Əsgər Səmədovun evində pul olduğunu öyrənib və həmin pulu oğurlamaq qərarına gəlib. Vüqar avqustun 6-da səhər saatlarında mətbəx bıçağı ilə silahlanaraq həmin mənzilə gəlib. O, mənzilə daxil olarkən ev sahibi Ə.Səmədovla rastlaşıb. Vüqar Ə.Səmədovdan evdəki pul və qızılların yerini soruşsa da, ev sahibi evində pul olmadığını bildirib. Vüqar üzərindəki bıçaqla Ə.Səmədovun boğazını kəsərək qətlə yetirib, daha sonra səsə otaqdan çıxan A.Hüseynovanı da öldürüb, evdə axtarış aparmağa başlayıb. Vüqar evdəki pulları tapıb götürəndən sonra izi itirmək istəyib və bu məqsədlə əvvəlcə meyitlərin üzərinə, daha sonra isə mənzilə benzin tökərək od vurub, hadisə yerindən qaçıb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqları araşdırmalarla hadisənin qəsdən və tamah məqsədilə törədildiyi müəyyən edilib. V.Baxşəliyev izi itirməyə çalışsa da, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, V.Baxşəliyev evdən oğurladığı pulu dayısına verib. O, dayısından həmin pulu ona cəzaçəkmə müəssisəsindəki dostlarının göndərdiyini bildirib. Qeyd edib ki, həmin pulla atasına il mərasimi verəcək.

Araşdırmalardan sonra V.Baxşəliyevin dayısı istintaqa dəvət edilib və həmin pullar ondan götürülüb.

***10:52

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törədilməsi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-ci il təvəllüdlü Əsgər Vəli oğlu Səmədov və həyat yoldaşı 1954-cü il təvəllüdlü Adilə Soltan qızı Hüseynovanın yaşadığı evə oğurluq məqsədilə daxil olub. Daha sonra isə evə od vuraraq uzaqlaşıb.

Hadisə nəticəsində 85 yaşlı kişi və 72 yaşlı qadın həlak olublar.

Vəfat edən şəxslərin oğlu bildirib ki, hadisə zamanı evdən 15 min manat pul oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə V.Baxşəliyev saxlanılıb.

Ahıl kişi ilə qadının yanğından əvvəl öldürülməsi və ya yanğın nəticəsində vəfat etmələri müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azər Baxşəliyevin qızı Zuleyxa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər