İranlı nazir: Azərbaycanla idman sahəsində əməkdaşlığın genişləndirilməsini vacib hesab edirəm
Azərbaycan və İran arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi və əlaqələrin sıxlaşdırılması vacibdir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İranın idman və gənclər naziri Əhməd Dünya Mali jurnalistlərə açıqlamasında deyib.
O, səfər çərçivəsində imzalanan Fəaliyyət Planı barədə danışıb:
"Azərbaycan və İran arasında idman və gənclər sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planı imzalanıb. Bu, çox müsbət haldır. İki ölkə arasında idman sahəsində əməkdaşlığın daha da genişləndirilməsini və əlaqələrimizin sıxlaşdırılmasını vacib hesab edirəm".
Nazir Bakıda olarkən bir sıra idman infrastrukturları ilə tanış olduqlarını söyləyib:
"Burada olduğum üçün şadam. Ölkəniz bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi edib. 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarını və digər mötəbər turnirləri xüsusi vurğulayardım. Azərbaycan bir çox idman növlərində uğurlar əldə edib. Paris-2024-də cüdoda qazanılan 2 qızıl medal həqiqətən yüksək nəticə idi".
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













