Gəncədə "Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə "Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib.
Gənclər və İdman Nazirliyindən "Far.Az"a verilən məlumata görə, Gəncə İdman Sarayında baş tutan turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edib.
İştirakçılar arasında paralimpiya, deflimpiya və xüsusi olimpiya nümayəndələri də yer alıblar.
Qaliblərin mükafatlandırılma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ASF-nin prezidenti Zaur Əliyev və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, ikinci dəfə keçirilən "Ganja Cup" yarışında bu il ilk dəfə Belarus və Gürcüstan komandaları da iştirak edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













