İmişlidə ağır AVTOQƏZA: Xəsarət alanların son durumu AÇIQLANDI
İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxlərin vəziyyəti məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (bir kişi , iki qadın) avqustun 7-də saat 23:50-də İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara qapalı kəllə-beyin travması, alının sağ qaş nahiyəsinin əzilmiş, cızılmış yarası, hər iki aşağı ətrafın sıyrılmış yarası, qarının küt travması diaqnozları təyin olunub. 2011-ci il təvəllüdlü (qadın) və 1989-cu il təvəllüdlü (kişi) şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Vəziyyəti orta ağır qiymətləndirilən 1986-cı il təvəllüdlü (qadın) pasiyent isə ilkin tibbi yardım göstərildikdən sonra avqustun 8-də Sabunçu Tibb Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir.
*** 13:10
İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 23:00-da qeydə alınıb.
İmişli sakini Səfər Əzizovun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Ramil Muradovun idarə etdiyi BMW markalı avtomobil toqquşub.
Nəticədə "Mercedes"də olan iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
*** 12:02
İmişli şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, hadisə şəhərin 28 May küçəsində baş verib.
İlkin məlumatda xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Oxşar xəbərlər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İsmayıllıda zəncirvari avtoqəza baş verib, 3 nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













