Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib
Təzyiq, imkan və bəraət amillərinin eyni vaxtda mövcud olması fırıldaqçılığın başvermə ehtimalını artırır.
"Report" xəbər verir ki, bu barədə Auditorlar Palatasında "Forenzik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması" mövzusunda keçirilən ustad dərsində bildirilib.
Qeyd olunub ki, forenzik audit fırıldaqçılıq, mənimsəmə, korrupsiya və digər maliyyə sui-istifadəsi hallarının aşkarlanması, sübut bazasının formalaşdırılması və dəymiş zərərin hesablanması məqsədilə aparılan ixtisaslaşmış yoxlamadır. Bu zaman əldə edilən sübutların məhkəmə və istintaq orqanlarında istifadəyə yararlı olması vacibdir.
Bildirilib ki, tipik fırıldaqçılıq sxemləri əsasən üç kateqoriyaya – aktivlərin mənimsənilməsi, maliyyə hesabatlarının təhrif edilməsi və korrupsiyaya bölünür.
Risk əsaslı audit zamanı isə auditor resurslarını təhrif riskinin daha yüksək olduğu sahələrə yönəldir, riskləri müəyyənləşdirərək qiymətləndirir və müvafiq cavab tədbirləri hazırlayır.
Forenzik audit çərçivəsində dəymiş zərərin hesablanmasında əsasən dörd metoddan – birbaşa itki, əldən çıxmış mənfəət, bərpa dəyəri və müqayisəli metodlardan istifadə olunur.
Ustad dərsində həmçinin fırıldaqçılıq risklərinin qiymətləndirilməsi, "qırmızı bayraqların" müəyyən edilməsi, analitik prosedurlar və sübutların toplanması məsələləri müzakirə olunub.
Onlayn formatda keçirilən tədbirdə Auditorlar Palatasının 89 üzvü iştirak edib.
Oxşar xəbərlər
Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb
-
Mingəçevirdə növbəti "Kürü keçək?!" yarışı keçirilib
-
Rubio: Ermənistanla Azərbaycanı nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik
-
Co Baydenin xərçəngi sümüklərə yayılıb
-
İran Hürmüz boğazının açılması üçün ABŞ-yə şərtlər irəli sürdü
-
"PAŞA Həyat Sığorta" I yarımilin maliyyə göstəricilərini açıqlayıb













