Zaur Əliyev: "Daha çox insanın üzgüçülüklə məşğul olmasını istəyirik"
"Bu gün Azərbaycanın gözəl guşələrindən biri olan Mingəçevir şəhərində yarış artıq beşinci dəfə keçirildi və uğurla başa çatdı".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu "Kürü keçək?! 5" üzgüçülük yarışından sonra jurnalistlərə açıqlamasında Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev deyib.
O bildirib ki, statistikaya nəzər salsaq, hər il olduğu kimi, bu dəfə də iştirakçıların sayında təxminən 20-30 faiz artım müşahidə olunur:
"Bu yarış əslində təkcə Kür çayını keçməkdən ibarət deyil. Eyni zamanda sağlam həyat tərzinin təbliğinə xidmət edir və insanlara gözəl sosiallaşma imkanı yaradır. Həmfikir insanlar burada bir araya gəlir, Kür çayını keçir, bir-birləri ilə tanış olur və gözəl istirahət günü keçirirlər.
Azərbaycan Üzgüçülük Federasiyası olaraq əsas məqsədimiz ölkəmizdə üzgüçülük idman növünün kütləviliyini artırmaqdır. İstəyirik ki, daha çox insan bu idman növü ilə məşğul olsun. Üzgüçülük həm sağlam həyat tərzinin bir hissəsidir, həm də uzunömürlülük baxımından çox faydalı idman növüdür.
Hər il bu yarışa marağın artdığını görürük. Təbii ki, biz də gələcəkdə buna bənzər tədbirlərin sayını artırmağa çalışacağıq. Bu il əvvəlki illərdən fərqli olaraq 1 000 metr məsafədə də yarış təşkil edildi və kifayət qədər çox iştirakçı bu məsafədə qüvvəsini sınadı.
Yarışa xarici ölkələrdən də qatılanlar oldu. Onların arasında medal qazanan iştirakçılar da var idi. Növbəti il çalışacağıq ki, yarışın təbliğatını daha geniş şəkildə aparaq və daha çox insanın burada iştirakına nail olaq", - deyə Zaur Əliyev qeyd edib.
Qeyd edək ki, artıq beşinci dəfədir keçirilən yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə keçirilən yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə 616 nəfərin qatıldığı yarışda ən gənc iştirakçının 12, ən yaşlının isə 79 yaşı olub.
Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilib: 12-17 yaş, 18-23 yaş, 24-35 yaş, 36-55 yaş, 56-70 yaş və 71 yaşdan yuxarı.
Kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilən yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılıblar.
Oxşar xəbərlər
Mingəçevirdə növbəti "Kürü keçək?! 5" yarışı keçirilib - YENİLƏNİB
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













