Portuqaliyalı hakim ilk dəfə Azərbaycan komandalarının oyununu idarə edəcək
Far.Az xəbər saytı

Portuqaliyalı hakim ilk dəfə Azərbaycan komandalarının oyununu idarə edəcək


"Qarabağ"ın Norveçdə "Budyo Qlimt"ə qarşı keçirəcəyi UEFA Avropa Liqası matçına təyinat alan Luiş Qodinyu daha əvvəl Azərbaycan təmsilçilərinin oyununu idarə etməyib.

"Report"un məlumatına görə, 38 yaşlı FIFA referisi ilk dəfə komandalarımızın görüşündə iş başında olacaq.

Portuqaliyalı 2016-cı ildən beynəlxalq təyinat alır. O, ölkəsi ilə yanaşı, Yunanıstan, Fransa, Kipr və Səudiyyə Ərəbistanı çempionatlarına da dəvət alır.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - YENİLƏNİB-6
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçında 3-cü qol vurulub - YENİLƏNİB - 5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər