Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - YENİLƏNİB-6
Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.
"Far.Az"un məlumatına görə, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.
Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasiy Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında dördüncü qol vurulub.
"Far.Az"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri üstünlüklərini bir qədər də artırıblar - 3:1.
71-ci dəqiqədə Rokko Robert Şeyn fərqlənib.
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında ikinci hissə başlayıb.
"Far.Az"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda öndədirlər - 2:1.
Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında meydan sahibləri fasiləyə üstün yollanıb.
"Far.Az"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə Vlasiy Sinyavski yığmamızı cəzalandırıb - 2:1.
45+2-ci dəqiqədə vurulan qoldan sonra oyunda birinci hissə başa çatıb.
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında hesab bərabərləşib.
"Far.Az"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə yığmamız hesaba tarazlıq gətirib - 1:1.
45+ 1-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib.
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında hesab açılıb.
"Far.Az"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.
32-ci dəqiqədə İoan Yakovlev fərqlənib.
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçına start verilib.
"Far.Az"un məlumatına görə, C Liqasının I qrupunun görüşü "A.Le Koq Arena”da keçirilir.
Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Millətlər Liqası: Azərbaycan millisi Estoniya ilə görüşdə fasiləyə məğlub yollanıb - YENİLƏNİB-3
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçında 3-cü qol vurulub - YENİLƏNİB - 5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün RƏQİBLƏRİ
-
Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub
-
Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı













