Məsud Pezeşkian: İranın region ölkələri ilə münasibətləri yaxşılaşır
Far.Az xəbər saytı

Məsud Pezeşkian: İranın region ölkələri ilə münasibətləri yaxşılaşır


İranın region ölkələri ilə münasibətləri yaxşılaşır.

"Far.Az" xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bəyan edib.

"Pakistan hazırda bizimlə səmimi şəkildə əməkdaşlıq edir. Əfqanıstan çox yaxşı əməkdaşlıq edir. Türkmənistanla da hər şey yaxşıdır. Əfqanıstan və Pakistan terrorçuların və separatçıların öz ərazilərindən ölkəmizə daxil olmasına imkan verməyiblər", - deyə o əlavə edib.

Onun sözlərinə görə, müharibə zamanı Azərbaycan müxtəlif istiqamətlər üzrə İrana əhəmiyyətli dərəcədə kömək edib:

"Azərbaycan bütün yolları bağladı və bizim bankımızın fəaliyyətini dayandırdı. Biz onlara zəng edib danışdıq. İki saatlıq söhbətdən sonra onlar hər şeyi yenidən açdılar. Bank, səfirlik və marşrutlar - hər şey yenidən açıldı. Müharibə zamanı onlar müxtəlif istiqamətlər üzrə bizə əhəmiyyətli dərəcədə kömək edirdilər. İstər Rusiyaya tədarüklər, istərsə də öz tədarükləri olsun; onlar bizi müşayiət edir və ehtiyac duyduğumuz hər şeydə bizə kömək edirdilər", - deyə o əlavə edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər