Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib
ABŞ Prezidenti Donald Tramp İranın iqtisadi vəziyyətinin pisləşdiyini və sonda Tehranla razılaşmaların əldə olunacağını bildirib.
"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Axios" portalına müsahibəsində danışıb.
"Biz səssiz şəkildə hərəkət edirik", - deyə ABŞ Prezidenti Tehrana qarşı atılacaq növbəti addımlardan danışarkən bildirib.
Materialda izah olunub ki, "ABŞ rəsmiləri Trampın bir həftə əvvəl İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə meylli olduğunu, lakin daha sonra onu hələlik gərginliyin azaldılması yolunu seçməyə inandırdıqlarını bildiriblər".
"Biz onlarla yalnız qismən danışıqlar aparırıq. Biz sadəcə olaraq inflyasiyanın çox yüksək olduğu və pulunun olmadığı İrana baxırıq", - portal Trampın sözlərini sitat gətirib.
Onun fikrincə, iqtisadi baxımdan İran "çox pis vəziyyətdədir".
ABŞ liderinin hesab etdiyi kimi, bu, xüsusilə ölkəsi tərəfindən İrana tətbiq edilən dəniz blokadası ilə əlaqədardır.
"Hər şey nəticə verəcək. Hər şey həmişə nəticə verir. Bu, şahmat oyunu kimidir", - deyə Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
ABŞ İranın blokadasından sonra 55 ticarət gəmisini yönləndirib
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR













