Tramp İranla müharibəni nüvə sazişi olmadan başa çatdırmağı düşünür
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı yeni saziş imzalamadan da münaqişəni başa çatdırmağa hazırdır.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən nümayəndələrinə istinadən yazıb.
Nəşrin məlumatına görə, Tramp özəl söhbətlərdə yüksək vəzifəli köməkçilərinə nüvə sazişi bağlamadan münaqişədən çıxmaq istədiyini bildirib. O, həmçinin tabeliyində olan şəxslərə deyib ki, 2025-ci ildə İranın nüvə obyektlərinin məhv edilməsindən sonra Tehran onun prezidentlik müddətinin sonunadək nüvə proqramını bərpa edə bilməyəcək.
Trampın fikrincə, İranın buna cəhd göstərməsi halında ABŞ kəşfiyyatı bunu vaxtında aşkarlaya biləcək.
Vaşinqton Hörmüz boğazından gəmiçiliyin bərpasına nail olarsa və İranın nüvə proqramı üzərində nəzarəti saxlayarsa, Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzada və İran limanlarına tətbiq olunan blokadanı aradan qaldıra bilər.
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda Tehranın günahlandıraraq İrana qarşı genişmiqyaslı zərbələri yenidən başlayıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
-
Almaniya dronlarla mübarizə üzrə xüsusi bölmənin sayını ikiqat artıracaq
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
-
Hansı bürclər digərlərindən fərqlənir?
-
ABŞ İranın blokadasından sonra 55 ticarət gəmisini yönləndirib













