İlham Əliyev və Litvanın Baş naziri arasında telefon danışığı olub
Far.Az xəbər saytı

İlham Əliyev və Litvanın Baş naziri arasında telefon danışığı olub


Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Bu xüsusda, Litva Respublikasının sabiq Baş naziri İnqa Ruqinienenin bu ilin aprelində ölkəmizə səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələr xatırlanıb.

Dövlətimizin başçısı Mindaugas Sinkeviçyusu Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Mindaugas Sinkeviçyus təbriklərə görə təşəkkürünü ifadə edərək, Baş nazir kimi ikitərəfli əlaqələrimizin inkişafını daim diqqətdə saxlayacağını bildirib.

Telefon danışığı əsnasında Azərbaycan ilə Litva arasında enerji sahəsində əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

Litvanın Baş naziri Vaşinqton Sülh Sammiti və orada əldə olunmuş razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə olunub, son dövrlərdə həyata keçirilmiş yüksəksəviyyəli təmasların əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyi qeyd edilib. Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafına daim dəstək verdiyi vurğulanıb.

Azərbaycan Prezidenti və Litvanın Baş naziri, həmçinin beynəlxalq arenada mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub
Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Litvanın Baş naziri İlham Əliyevə zəng edib
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər