Tramp administrasiyası 175 mindən çox vizanı ləğv edib
Far.Az xəbər saytı

Tramp administrasiyası 175 mindən çox vizanı ləğv edib


ABŞ Dövlət Departamenti Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 175 mindən çox vizanı ləğv edib.

"Far.Az" "Fox News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

Vizaların əksəriyyəti sahiblərinin hüquq pozuntularına görə ləğv edilib. Ən çox yayılmış səbəblər arasında hücumlar, sərxoş vəziyyətdə avtomobil idarə etmə, oğurluq və narkotiklərlə bağlı cinayətlər göstərilib.

Həmçinin vizalar təhlükəli avtomobil idarə etmə, cinsi zorakılıq, uşaqlara qarşı qəddar rəftar, dələduzluq, vəsaitlərin mənimsənilməsi və digər hüquq pozuntuları hallarında da ləğv edilib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Şabranda hotelin fəaliyyəti dayandırıldı - yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb
DİQQƏT! - Suda boğulma hallarında şəxsə necə kömək etməli? - Nazirlikdən VACİB MƏLUMAT
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər