Avropaya kokain tədarükünün təxminən üçdə birinə nəzarət edən cinayətkar həbs edilib
Far.Az xəbər saytı

Avropaya kokain tədarükünün təxminən üçdə birinə nəzarət edən cinayətkar həbs edilib


BƏƏ narkokartelin rəhbəri, mütəşəkkil cinayət qruplaşmasının lideri Daniel Kinahanı İrlandiyaya ekstradisiya edib.

"Report" xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının Avropaya kokain tədarükünün təxminən üçdə birinə nəzarət edən, həmçinin silah alveri və reketlə məşğul olduğu bildirilən cinayət təşkilatının rəhbəri hesab etdiyi 49 yaşlı Kinahan İrlandiya hökumətinə məxsus təyyarə ilə Dublinə gətirilib.

Məhkəmədə ona mütəşəkkil cinayətkarlığa rəhbərlik etmək ittihamı irəli sürülüb. Daha sonra Kinahan paytaxtdan 80 kilometr məsafədə yerləşən həbsxanaya göndərilib.

Vaxtilə böyük boks promouter şirkətinə rəhbərlik edən və idman dünyasında tanınmış sima olan Kinahan telefon müsahibəsində ömürlük həbs cəzası gözlədiyini bildirib. O, "mələk olmadığını" etiraf etsə də, ona qarşı irəli sürülən ittihamların şişirdildiyini deyib. Kinahan, xüsusilə, boks döyüşləri təşkil etməklə pul yumaqda ittihamı qəbul etməyib.

Kinahan söhbət zamanı zarafat da edərək, vətəninə ekstradisiyasının ona təzə bişmiş çörək və sevimli çipslərini dadmaq imkanı verəcəyini bildirib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər