İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
Bakıda xadimə işlədiyi evdən dəyəri 80 500 manat olan 6 üzük oğurlayıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, ev sahibi Orxan İsmayılovun (soyadlar şərtidir) şikayətindən sonra həmin evdə çalışan 1993-cü il təvəllüdlü Gülər Abbasova saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə iş açılıb.
Məlum olub ki, gənc qadın oğurladığı üzüklərin bir neçəsini "Moskva" univermağında satıb. O, daha sonra brilyant qaşlı bütün qızılları geri alaraq qaytarıb.
İş üzrə keçirilən məhkəmə prosesində O.İsmayılov xadimədən şikayətçi olmadığını bildirib.
Məhkəmə qadının oğurladığı qızılları geri qaytarmasını, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq, onun barəsində həbslə bağlı olmayan hökm çıxarıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Abbasovaya 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib.
Oxşar xəbərlər
Viktoriya Bekhemin 35 milyon dollarlıq 15 NİŞAN ÜZÜYÜ - SİYAHI
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"













