Tatarıstana PUA hücumu nəticəsində 13 nəfər ölüb, 48 nəfər xəsarət alıb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Tatarıstana PUA hücumu nəticəsində 13 nəfər ölüb, 48 nəfər xəsarət alıb - YENİLƏNİB-2


Nijnekamska pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində ölənlərin sayı 13-ə, xəsarət alanların sayı isə 48-ə çatıb.

"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidmətindən bildirilib.

Nijnekamska (Tatarıstan) pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 12 nəfər həlak olub, 39 nəfər yaralanıb.

"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Respublika rəhbəri Rüstəm Minnixanovun qərarı ilə Tatarıstanda matəm elan edilib.

Tatarıstan (Rusiya) avqustun 10-u səhər saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, nəticədə Nijnekamskda ölənlər var.

"Far.Az" xəbər verir ki, bu barədə Nijnekamsk rəhbəri Radmir Belyayev teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, Nijnekamska kütləvi hücum davam edir.

O qeyd edib ki, pilotsuz uçuş aparatları vasitəsilə həm sənaye, həm də mülki obyektlərə zərbə endirilir.

"Təəssüf ki, ölənlər var", - R.Belyayev bildirib.

O əlavə edib ki, vəziyyət respublika rəhbərliyinin nəzarəti altındadır.

Oxşar xəbərlər

Tatarıstana PUA hücumu nəticəsində 12 nəfər ölüb, 39 nəfər xəsarət alıb - YENİLƏNİB
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər