Ceki Çan Azərbaycanla bağlı danışdı
Macəra janrında çəkilən "Tanrının yaraqları: Ultimatum" filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti mərhələsinə başlayıb.
BAKU.WS Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Bakıdakı çəkilişlərin başlanmasına ənənəvi qaydada xüsusi kino boşqabının sındırılması mərasimi ilə start verilib. Bu mərasim yeni çəkiliş mərhələsinin uğurlu başlanğıcının simvolu hesab olunur.
Filmin süjetinin mərkəzində "Asiya şahini"nin yeni missiyası dayanır. O, uğrunda 20 milyon dollardan çox mükafat elan edilmiş qədim Tumar artefaktını tapmalıdır.
Filmin çəkilişləri eyni vaxtda bir neçə dövlətin ərazisində aparılır. Layihə müxtəlif ölkələrdən olan aktyorları və kino mütəxəssislərini bir araya gətirən beynəlxalq komanda tərəfindən həyata keçirilir. Filmin istehsalı üçün ilk dəfə Qazaxıstan və Çinin kino komandaları bir araya gəliblər.
"Ultimatum" artıq kulta çevrilmiş "Tanrının yaraqları" franşizasının dördüncü filmidir. Baş rolu məşhur aktyor Ceki Çan ifa edir. Aktyor yenidən əfsanəvi macərapərəst "Asiya şahini" obrazını canlandırır.
Bakı filmin bədii konsepsiyasına uyğun olaraq çəkiliş məkanı seçilib. Süjetə görə, hekayənin yeni bölümü Xəzər dənizinin ətrafında cərəyan edir. Buna görə də çəkilişlərin növbəti mərhələsi Azərbaycanda keçirilir. Filmin bir sıra əsas səhnələri Bakıdakı müxtəlif məkanlarda lentə alınacaq.
Bu mərhələ Ceki Çan üçün də xüsusi əhəmiyyət daşıyır. Aktyor ilk dəfə Azərbaycanda filmə çəkilir.
"İndiyədək heç vaxt çəkilmədiyim ölkədə işləmək məni xüsusilə həyəcanlandırır", - deyə Ceki Çan bildirib.
Çəkiliş qrupunun Azərbaycana səfərinin və ölkə ərazisində çəkiliş prosesinin təşkilinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dəstək göstərir.
Filmin istehsal prosesinə müxtəlif kino peşələri üzrə 100-dən çox yerli mütəxəssis cəlb olunub.
"Tanrının yaraqları: Ultimatum" filminin çəkilişləri 2026-cı ilin payızınadək davam edəcək. Filmin premyerasının 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
-
Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib
-
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
-
İranda qəhvəxanaya silahlı hücum olub, ölənlər var













