"Barselona" Robert Levandovskini klubun əfsanələri sırasına daxil edib
"Barselona"nın rəsmi saytında klubun keçmiş hücumçusu Robert Levandovski əfsanə futbolçuların yer aldığı xüsusi bölməyə əlavə olunub.
Far.Az xəbər verir ki, hazırda MLS-də "Çikaqo Fayr"ın formasını geyinən polşalı forvard bununla da Kataloniya klubunun tarixində iz qoymuş futbolçuların siyahısına daxil edilib.
Həmin bölmədə Lionel Messi, Pep Qvardiola, Dieqo Maradona, Yohann Kroyff və digər məşhur futbolçular da yer alır.
Levandovski 2022-ci ilin yayından "Barselona"nın şərəfini qoruyub. Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 193 oyuna çıxan hücumçu 120 qol vurub və 24 məhsuldar ötürmə edib.
Polşalı futbolçu "Barselona" ilə üç dəfə İspaniya çempionu olub. O, həmçinin Kral Kubokunu və üç dəfə İspaniya Superkubokunu qazanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Robert Levandovski "Çikaqo Fayr"la razılığa gəlib
"Çikaqo Fayr" Levandovskinin transferini açıqlayıb
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Levandovski Messi və Ronaldunun nailiyyətini təkrarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













