Sərxoş halda ölümcül qəza törədən sürücüyə 5 il həbs cəzası verildi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Namazəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Far.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Rövşən Namazəliyev sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan avtomobil idarə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Nəticədə avtomobil yoldan çıxaraq aşıb, bir nəfər hadisə yerində ölüb, özü isə ağır bədən xəsarətləri alıb.
Belə ki, təqsirləndirilən şəxs 2025-ci ilin dekabrın 6-sı axşam saatlarında faktiki istifadəsində olan "Mercedes-Benz E230" markalı avtomobillə Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunun Beyləqan rayonu Birinci Aşıqlı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Qəza zamanı maşının arxa oturacağında əyləşən sərnişin - Nizami Məmmədov çoxsaylı qabırğa sınıqları, ağciyərlərin cırılması, ikitərəfli hemotoraks, bədənin müxtəlif nahiyələrinin zədələnməsi və digər ağır xəsarətlər alıb. Ön sərnişin oturacağında olan Hafiz Məmmədov isə baş beyninin ağır əzilməsi, kəllə sümüklərinin sınıqları, diffuz aksonal zədələnmə, çoxsaylı qabırğa sınıqları və digər həyati təhlükəli travmalar alıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, arxa oturacaqda əyləşən Nizami Məmmədov aldığı çoxsaylı qabırğa sınıqları, ağciyərin cırılması nəticəsində baş vermiş kəskin qanitirmə və ağır travmatik şok səbəbindən hadisə yerində həyatını itirib.
Məhkəmə iclasında ifadə verən Rövşən Namazəliyev ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Onun sözlərinə görə, hadisə günü tanışları ilə birlikdə balıq ovuna gedərək spirtli içki qəbul ediblər. Axşam saatlarında geri qayıdarkən hər üçü sərxoş vəziyyətdə olub.
İfadəsində bildirib ki, əvvəlcə avtomobili Hafiz idarə etsə də, sonradan özünü pis hiss etdiyi üçün sükanı ona verib: "Maşını idarə etməyə başlayandan təxminən 3-4 dəqiqə sonra güclü zərbə hiss etdim. Sonrasını xatırlamıram. Ayılanda artıq Bakıdakı xəstəxanada idim. Sonradan öyrəndim ki, dostlarımızdan biri hadisə zamanı dünyasını dəyişib".
Rövşən Namazəliyev baş verənlərdən dərin peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmə baxışı zamanı həlak olan şəxsin hüquqi varisi səhhətində yaranmış problemlər səbəbindən prosesdə iştirak edə bilməyib.
O, məhkəməyə göndərdiyi teleqramda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini, ona qarşı hər hansı şikayət və ya tələbinin olmadığını bildirib. Hüquqi varis, həmçinin məhkəmədən Rövşən Namazəliyevə yüngül cəza verilməsini xahiş edib.
Oxşar xəbərlər
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor













