İranın ABŞ-nin hücumları zamanı Şimali Koreyadan silah aldığı açıqlanıb
İran ABŞ ilə İsrailin hücumları zamanı Suriya və Şimali Koreyadan silah tədarük edib.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanının müavini, "Əbubəkr" ləqəbi ilə tanınan briqada generalı Məhəmməd Rza Fəllahzadə deyib.
"Müharibənin ilk günlərində ölkə rəsmiləri müdafiə ehtiyaclarını qarşılamaq üçün Suriya, Şimali Koreya kimi ölkələrə səfər edib və silah gətiriblər", - o bildirib.
SEPAH rəsmisinin sözlərinə görə, hazırda İran ordusu aerokosmik, dəniz, daxili təhlükəsizlik, müasir hərbi texnika və silahların istehsalı sahələrində irəliləyib.
O qeyd edib ki, ölkədə təhlükəsizlik bərqərar olub və əməliyyatlarda yalnız hücumun mənbəyi olan ABŞ bazaları hədəf alınıb.
Fəllahzadə bildirib ki, İsrail İranla yanaşı, HƏMAS və "Hizbullah"ın da tərk-silahına nail ola bilməyib: "Yəməndən olan "Ənsar Allah" hələ də anti-İsrail müqavimətinin vacib elementlərindən biri olaraq qalır".
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













