ASCO-nun quru yük gəmiləri ilə daşımalar 39 %-ə yaxın artıb
Far.Az xəbər saytı

ASCO-nun quru yük gəmiləri ilə daşımalar 39 %-ə yaxın artıb


Bu ilin yanvar–iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) ayında quru yük gəmiləri ilə 1 milyon 83 min 130 ton yük daşınıb.

"Far.Az" ASCO-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,8 % çoxdur.

Belə ki, 2025-ci ilin ilk 7 ayında quru yük gəmiləri ilə 780 min 366 ton yük daşınıb.

Təkcə cari ilin iyul ayında quru yük gəmiləri ilə 188 min 825 ton yük daşınıb. Ötən ilin iyul ayında isə bu göstərici 114 min 184 ton olub.

Nəticədə, bu ilin iyulunda daşınan yükün həcmi ötən ilin eyni ayı ilə müqayisədə 74 min 641 ton və ya 65,4 % çox olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanın 2025-ci ildə tranzit və yükdaşımada əldə etdiyi nailiyyətlər - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər