"Odisseya" Nolanın ən çox gəlir gətirən filmi oldu
Far.Az xəbər saytı

"Odisseya" Nolanın ən çox gəlir gətirən filmi oldu


Kristofer Nolanın "Odisseya" filmi dünya üzrə 1,1 milyard dollardan çox gəlir əldə edərək rejissorun karyerasında ən yüksək nəticə göstərən ekran işi olub.

Far.Az xəbər verir ki, IMDb-nin məlumatına görə, film premyerasından sonra dördüncü həftəsonunun sonunda qlobal prokatda 1,1 milyard dollardan çox vəsait toplayıb.

Bununla da "Odisseya" Nolanın əvvəlki rekordunu geridə qoyub. Rejissorun 2012-ci ildə ekranlaşdırdığı "Qaranlıq cəngavər: Əfsanənin dirçəlişi" filmi 1,085 milyard dollar gəlir əldə etmişdi.

"Odisseya" iyulun 17-də dünya kinoteatrlarında nümayişə çıxıb. Homerə aid eyniadlı əsər əsasında çəkilən film Troya müharibəsindən sonra Odisseyin uzun və təhlükəli şəkildə vətəninə qayıdışından bəhs edir.

Filmdə baş rolları Mett Deymon, Tom Holland, Zendaya, Enn Heteuey, Robert Pattinson, Lupita Nyongo və Şarliz Teron canlandırıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Tağıyev" kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Kristofer Nolanın "Odisseya"sı 1 milyard dollardan çox gəlir gətirdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər