İsrail və Venesuela 17 il sonra konsulluq əlaqələrinin bərpası barədə razılığa gəlib
Far.Az xəbər saytı

İsrail və Venesuela 17 il sonra konsulluq əlaqələrinin bərpası barədə razılığa gəlib


İsrail və Venesuela 17 illik fasilədən sonra konsulluq əlaqələrini bərpa etmək və rəsmi koordinasiya kanalı yaratmaq barədə razılığa gəlib.

"Report" "The Jerusalem Post"a istinadən xəbər verir ki, müvafiq razılaşma iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri – Gideon Saar və Feliks Plasensiya arasında aparılan silsilə danışıqlardan sonra əldə olunub.

Yeni mexanizm hər iki ölkə vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsinə, eləcə də Venesuelanın yəhudi icması ilə əlaqələrin saxlanılmasına imkan verəcək. Bundan əlavə, tərəflər iyun ayında Venesuelada baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığı davam etdirəcəklər; bu çərçivədə İsrailin humanitar missiyası artıq on minlərlə zərərçəkmişə yardım göstərib.

Bununla belə, diplomatik əlaqələrin tam bərpası barədə hələlik məlumat verilmir.

İsrail və Venesuela arasında diplomatik əlaqələr 2009-cu ildə ölkənin o zamankı prezidenti Uqo Çavesin təşəbbüsü ilə, İsrailin Qəzza zolağındakı "Tökmə qurğuşun" hərbi əməliyyatına etiraz əlaməti olaraq kəsilib. O vaxtdan bəri iki dövlət arasında rəsmi təmaslar mövcud deyildi.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər