Astanada sərnişin PUA-sı sınaqdan keçirilib
Astanada göyərtəsində insan olan EH216-S sərnişin pilotsuz hava gəmisinin nümayiş uçuşu baş tutub.
"Report"un Qazaxıstan bürosunun respublikanın Mülki Aviasiya Komitəsinə istinadən verdiyi məlumata görə, sınaq "Gələcəyin Oyunları - 2026" beynəlxalq turniri çərçivəsində paytaxtın xüsusi icazə verilmiş ərazisi üzərində keçirilib.
Şaquli qalxma və enmə qabiliyyətinə malik elektrik aparatı iki sərnişin üçün nəzərdə tutulub. O, saatda 130 kilometrə qədər sürət yığmaq və 35 kilometrə qədər məsafə qət etmək qabiliyyətinə malikdir.
Birinci mərhələdə Qazaxıstanda müddəti beş dəqiqədən 30 dəqiqəyə qədər olan nümayiş və turizm marşrutlarının işə salınması nəzərdən keçirilir. Gələcəkdə pilotsuz hava gəmilərinin sərnişin daşımaları, dərman çatdırılması, təcili tibbi yardım göstərilməsi, yanğınsöndürmə və logistika sahələrində istifadə edilməsi planlaşdırılır.
Layihə həmçinin Qazaxıstanda sərnişin pilotsuz uçuş aparatlarının istehsalının lokallaşdırılmasını nəzərdə tutur.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













