Bab əl-Məndəb boğazında gəmiyə zərbə nəticəsində ölənlərin sayı altıya çatıb – YENİLƏNİB
Bab əl-Məndəb boğazında husilərin "Ənsar Allah" hərəkatı döyüşçülərinin "Tihama" gəmisinə raket zərbəsi nəticəsində ölənlərin sayı altıya çatıb, daha 10 nəfər yaralanıb.
"Far.Az"un SABA agentliyinə istinadən məlumatına görə, bu barədə Yəmənin Sahil Mühafizəsi bildirib.
"İlkin məlumatlara görə, dörd heyət üzvü: üç pakistanlı və bir indoneziyalı, eləcə də ikinci hərbi-dəniz briqadasının iki hərbçisi həlak olub", - açıqlamada bildirilir.
Yaralanan 10 nəfər arasında yeddi heyət üzvü, iki sahil mühafizəsi əməkdaşı və bir hərbçi var.
Yəmən husiləri Bab əl-Məndəb boğazında gəmiyə hücum ediblər, hadisə nəticəsində 3 heyət üzvü ölüb.
"Far.Az" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Yəmənin sahil mühafizəsindəki mənbələr bildirib.
Nəşr hadisənin digər təfərrüatlarını, o cümlədən gəminin hansı bayraq altında üzdüyünü qeyd etməyib.
Daha əvvəl xarici media Qırmızı dənizdə yük gəmisinə hücum edildiyi barədə məlumat yaymışdı, lakin ekipajın taleyi məlum deyildi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azov dənizində gəmiyə PUA hücumu zamanı yaralanan Azərbaycan vətəndaşları vəziyyətlərindən danışdılar
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6300-ü keçib
-
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI













